İstanbulda partlayış baş verib, yaralılar var FOTO-VİDEOLAR- Yenilənib

İstanbulda partlayış baş verib, yaralılar var


Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaralıların olduğu bildirilir. Partlayışın səbəbi hələlik bəlli deyil.

Partlayışın Cümhuriyyət Xalq Partiyasının (CHP) binasının önündə olduğu qeyd edilib. Sabah qəzetəsinin məlumatınaəsasən partlayışda 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Partlayışın canlı bomba hücumu olduğu qeyd edilir.

Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb. Qeyd edək ki, məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.






İstanbulda partlayış baş verib, yaralılar var
İstanbulda partlayış baş verib, yaralılar var
İstanbulda partlayış baş verib, yaralılar var



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...