Rza Zərrab ABŞ-da həbs edildi - 75 il həbs cəzası... - FOTOLAR

Rza Zərrab ABŞ-da həbs edildi -


Türkiyədə adı rüşvət qalmaqallarında hallanan iranlı iş adamı Rza Zərrab ABŞ-da həbs edilib.

ATV.az "Sözcü.com.tr"-yə istinadən xəbər verir ki, ABŞ-ın hüquq-mühafizə orqanları Rza Zərrabı İrana qarşı sanksiyaları pozaraq pul axınını təmin etmək, rüşvətxorluq və qeyri-qanuni bank əməliyyatları həyata keçirməkdə ittiham edib. Prokuror hər üç ittiham üzrə Rza Zərraba ümumlikdə 75 il həbs cəzası istəyib.

ABŞ-ın Ədliyyə Nazirliyi iranlı iş adamının Mayamidə həbs edildiyini, sabah Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacağını açıqlayıb.

Qeyd edək ki. Rza Zərrabla yanaşı, Kamelya Cəmşidi və Hüseyin Nəcəfzadə adlı daha iki şəxs də həbs edilib.


Rza Zərrab ABŞ-da həbs edildi -
Rza Zərrab ABŞ-da həbs edildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...