İntiqam Əliyev azadlığa buraxıla bilər - Zakir Qaralov protest verib

İntiqam Əliyev azadlığa buraxıla bilər -


Baş prokuror Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, Baş prokuror İntiqam Əliyev barəsində seçilən qərarın ağır olmasına dair əlavə kassasiya protesti verib: "Martın 28-i saat 12-ə plenum təyin olunub. İntiqam Əliyev həmin gün buraxıla bilər".

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağıt Cinayətlər Məhkəməsinin hökme ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...