Rəisin xidməti avtomobili və sürücüsü polis şöbəsinə aparıldı - AA-080

Rəisin xidməti avtomobili və sürücüsü polis şöbəsinə aparıldı -


Rəisin xidməti avtomobilinin işıqforun qırmızı işğında keçdiyi üçün saxlanıldığı bildirilir

Bu gün axşam saatlarında İmişli polisi rayonun "toxunulmaz " məmurlarından sayılan Meliorasiya və Su Təsərüfatı ASC-nin İmişli hidroqovşağının rəisi Mirqoca Mirişovun xidməti avtomobili yol polisi tərəfindən saxlanılıb. GUNDEMİNFO.AZ-ın avropa.info-ya istinadən verdiyi məlumata görə, Mirqoca Mirişovun 30-AA-080 dövlət nömrə nişanlı xidməti avtomobilini idarə edən sürücüsü və avtomobil İmişli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Rəisin xidməti avtomobilinin işıqforun qırmızı işğında keçdiyi üçün saxlanıldığı bildirilir.

Mirqoca Mirişovun sürücüsü isə onun öz qardaşıdır. Son məlumatlara görə, avtomobil hal-hazırda İmişli Polis Şöbəsinin cərimə meydançasındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
325 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...