Tahir Kərimovun dəbdəbəli villası dövlət balansına verildi

Tahir Kərimovun dəbdəbəli villası dövlət balansına verildi


Prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villası dövlət balansına verilib. Salyan şəhərinin mərkəzində inşa edilən dəbdəbəli villa bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...