«Asan xidmət»in Yasamal şöbəsində rəzalət - şikayət var

«Asan xidmət»in Yasamal şöbəsində rəzalət -


Bu gün «Asan xidmət»in Yasamal rayonunda yerləşən şöbəsində rəzalət yaşanıb. Saat 16:00-dan etibarən filalda natarius xidmətlərinin göstərilməsi dayandırılsa da, növbədə dayanan vətəndaşlara bu barədə heç bir məlumat verilməyib.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının da qarşılaşdıqları süni əngəllə bağlı narazalıq etsələr də, bəlli olub ki, sistemdə problem var və bu barədə vətəndaşlara heç bir bilgi verilməyib.

Şikayət edən vətəndaşlar yarım saatdan çox gözləməli olsalar da, xidət sektorunun əməkdaşları bu barədə növbədə dayanan insanlara heç bir bilgi verməyiblər. Filalın 1-ci mərtəbəsində yerləşən Asan könüllüləri də yerində olmayıb. Əməkdaşlarımız narazılıqlarını ifadə etmək üçün kağız və müvafiq blankdan ibarət forma tələb etsələr də, müxtəlif bəhanələrlə bu barədə vətəndaşa heç bir şərait yaradılmayıb.

Saat 17:00-a qədər «Asan Xidmət»in Yasamal filalında yaranmış bu problemlə bağlı olaraq heç bir bilgi verilməyib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...