"Atəşkəs razılığı Baş Qərargah rəislərinin Moskva görüşündə əldə edilib" - Ohanyan

"Atəşkəs razılığı Baş Qərargah rəislərinin Moskva görüşündə əldə edilib" -


Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs əldə edilməsi barədə razılıq Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin aprelin 5-də Moskvada keçirilən görüşü zamanı əldə edilib.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib. “Aprelin 5-də Moskvada iki ölkənin Baş Qərargah rəislərinin görüşü oldu və atəşin dayandırılması ilə bağlı razılığa gəlindi”, - deyə o, söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...