Yevlaxdan Qarabağa doğru - ordumuza dəstək aksiyası - FOTOLAR
Bu gün Yevlaxlı gənclər Qarabağın qapısı Yevlaxda ordumuza həmrəylik nümayış etdirirərək bir araya gəldilər. Minlərlə Yevlaxlı gənc “Qarabağ bizim bizim olacaq”, Siz rahat uyuyun əziz şəhidlər. İntiqam alacaq Yevlaxlı gənclər şüarları ilə yürüş edərək Yevlax şəhərinin mərkəzi meydanına yığışdılar.
Bu gün eyni zamanda Azərbaycan Respublikası Prezdentinin Sərəncamına uyğun olaraq ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq Yevlax şəhərindən hərbi xidmətə çağrılan gənclərin yolasalma mərasimində meydana toplaşmış insan izdihamının alqışları həmrəyliyi ilə baş tutub. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov çıxış edərək vətəndaşlarımızın xüsusən gənclərin bu cür yüksək vətənpərvərlik ruhunu yüksək qiymətləndirib.
İcra Başçısı vuğulayıb ki, cənab Ali Baş Komandanımızın əmri ilə hər an əldə silah Yevlaxdan Qarabağa getməyə hazırıq. Çıxış edən çağırışçılar hərbi xidmətə çağrıldıqları üçün qürur hissi keçirdiklərini bildirdilər. Onlar Azərbaycan bayrağını öpərək and içdilər. Sonra Yevlaxlı könüllü gənclər “bizidə aparın Qarabağa Vətən bizi gözləyir” deyə Orduya çağırış xidmətinə müraciət etdilər.
Tədbir vətənpərvərlik musiqiləri sədaları altında davam etdirildi.
Sonda Yevlax şəhər Mədəniyyət və turizim idarəsinin çağrışçılar üçün hazırladığı tamaşa nümayiş etdirildi Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Əliyev, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev , Hərbixidmətə çağırış idarəsinin rəsi Elxan Heydərov, Mədəniyyət və Turizm idarəsinin rəhbəri Zöhrə Adığözəlova əsgərlərimizə bir daha vətənə şərəflə xidmət yolunda onla uğurlar can sağlığı arzu etdilər.
805 dəfə oxundu