Azərbaycan 6 meyiti Ermənistana verdi - Cəbhədə

Azərbaycan 6 meyiti Ermənistana verdi -


Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan bölməsinin həkimləri qoşunların təmas xəttində - Talış kəndi ətrafında həlak olmuş 7 hərbçinin meyitini götürüb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, aprelin 2-si və 4-ü Azərbaycan hərbi birləşmələri Talış kəndində ermənilərin müdafiəsini yarıb və ərazini ələ keçirib. İnsident zamanı xeyli itki olub.


Aprelin 8-də öncədən təyin edilmiş vaxtda, saat 15:00-da qoşunların təmas xəttində yerləşən postlardan birinə hər iki tərəfdən nümayəndələr gəliblər. BQXK-nin erməni nümayəndələri Azərbaycan tərəfinə təhvil verilmək üçün bir hərbçinin cəsədini gətiriblər. Azərbaycan tərəfi isə qarşı tərəfə 6 erməni hərbçisinin cəsədini verib.

Qeyd edək ki, aprelin 8-də ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi barədə razılıq əldə edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...