Azərbaycan erməni əsgərinin başına od yağdırdı
“Bu gün Azərbaycan daha müasir silah növlərindən istifadə edir. Ermənistan isə əsasən 80-cı illərin silahları ilə döyüşür”
Bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniya kansleri Angela Markellə görüşündə deyib və açıq şəkildə ölkəsinin hərbi cəhətdən zəifliyini etiraf edib. Bəs belə bir bəyənatla Sarkisyanı çıxış etməyə nə vadar edib?

Məlumdur ki, müasir müharibədə vuruşan tərəfin əsgərlərinin say çoxluğu deyil, texniki avadanlıqları həlledici rol oynayır.
21-ci əsr müharibələrini əbəs yerə uzaqdan idarə olunan adlandırmırlar. Qoşun sayı, əsgərlərin qoçaqlığı burada ikinci plana keçir. Hərbi ekspertlər proqnozlaşdırırlar ki, gələcəkdə bütün müharibələr pilotsuz təyyarələrlə aparılacaq, robotlar tərəfindən və radiolokasiya müdafiəsinin vasitələri mexanikləşdirilmiş raketlər vasitəsilə idarə olunacaqlar.
Dağlıq Qarabağda "dörd günlük müharibə" artıq tarixə düşdü. Dünya mətbuatı bu haqda yazır ki, həmin qarşıdurmada dünya tarixində ilk dəfə Azərbaycan pilotsuz təyyarə-kamikadzeni tətbiq edib. Pilotsuz kamikadze dronun ilk açıq istifadəsi aprelin 2-də Ermənistan ordusuna qarşı istifadə olunub. Həmin gün pilotsuz kamikadze Ağdərə rayonuna doğru istiqamət almış erməni könüllülərindən ibarət avtobusu vurub və altı nəfər könüllü öldürülüb.
Dünya KİV yazır ki, Azərbaycan tərəfinin istifadə etdiyi pilotsuz təyyarənin İsrail istehsalı olduğu güman edilir. Bu pilotsuz kamikadze altı saat ərzində öz hədəfini axtararaq uça bilir. Bu zərbə haqqında Washington Post qəzeti də məlumat yayıb.
Pilotsuz kamikadze çox təsirli bir silahdır. Son bir neçə gün ərzində hərbi müşahidəçilərin əsas müzakirə mövzusuna çevrilib. Hər hansı bir obyekti məhv etmək üçün bu silahdan istifadə edilə bilər. Görünən odur ki, elə bu səbəbdən S.Sarkisyan Azərbaycanın hərbi üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.(virtual.org)
424 dəfə oxundu