Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır FOTOLAR

Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır



Şəhid pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə onun pilot olmağı uşaqlıqdan arzuladığını deyib: "Uşaq vaxtı Gürcüstanın Dmanisi rayonunda olanda təyyarə görüb. Sonra fərqində olmadan deyib ki, təyyarəçi olacaq. Deyirdi ki, sonradan bu fikir beyninə yeriyib və pilot oldu. Azərbaycanın ən yaxşı pilotlarından biri idi".

* * *

Vida mərasimi keçirilən Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə: “Urfan sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı.

Toyumuz silahlı qüvvələr günü olub. İki övladımız var. Iki qızım var - Zəhra Urfanın “ay parçası” idi. Özü belə deyirdi. Qızlardan biri 1 yaşında, digəri 8 yaşındadır”

* * *

Vida mərasimi keçirilən Bəkir İsmayılovun həyat yoldaşı Şəbnəm İsmayılova onunla fəxr etdiyini bildirib:

"Bəkiri nəinki Azərbaycan, bütün dünya tanıdı. Fəxr edirəm ki, onun həyat yoldaşıyam. Vətən sağ olsun!"

* * *

Vida mərasimi keçirilən mayor Təbriz Musazadənin kiçik oğlu Onur Musazadə atası ilə fəxr etdiyini dedi:

"Ona layiqli övlad olacağam. O mənim qəhrəmanımdır".

Tədbirdə Təbrizin digər oğlu Tayfun Musazadə də iştirak edir. O da atasına layiqli övlad olacağını, vətəni onun kimi sevəcəyini deyib.

* * *10:09

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Qarabağda gedən döyüşlərdə şəhid olan hərbçilərin vida mərasimi keçiriləcək.

Virtualaz.org xəbər verir ki, hazırda vida mərasiminə hazırlıq işləri görülür.

Mərasimdə millət vəkilləri, hökumət rəsmiləri və şəhidlərim ailə üzvləri, yüzlərlə vətəndaş iştirak edəcək. Hazırda mərkəzin qapısı önündə əllərində dövlət bayrağı olan insanlar gözləyir. Təxminən 500 nəfərlik akt zalı artıq dolub.

Bu gün vida mərasimi keçirilən şəhidlər - Bəkir İsmayılov, Təbriz Musazadə, Urfan Vəlizadə və polkovnik-leytnant Murad Mirzəzadə II fəxri xiyabanda dəfn olunacaqlar.

Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır
Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır
Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır
Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır
Azərbaycan xalqı qəhrəman oğullarını son mənzilə yola salır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...