Erməni nazir azərbaycanlıların üstünə dəstə göndərdi

Erməni nazir azərbaycanlıların üstünə dəstə göndərdi


Rəsmi İrəvanın yürütdüyü işğalçı siyasətin ifşa edilməsi istiqamətində görülən işlər çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Publika.az xəbər verir ki, sözügedən aksiyada Kiyevlə yanaşı, Ukraynanın əksər böyük şəhərlərində yaşayan Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.

Bununla yanaşı, sözügedən tədbirə Ukraynada təhsil alan türkiyəli tələbələr və Krım tatarları qatılıblar. Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya Ukrayna kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb. Əllərində Ermənistanın işğalçı siyasətini ifşa edən plakatlar tutmuş aksiya iştirakçıları “erməni əsgəri, ölmək istəmirsənsə, Qarabağdan rədd ol”, “Qarabağ bizimdir, bizim olacaq”, “işğalçılığa son” və digər şüarlar səsləndiriblər.

Daha sonra səsgücləndirici vasitəsilə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevə, UAK-ın Dnepropetrovsk şəhər təşkilatının sədri Qurban Abbasov, “İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov çıxışlar ediblər.

Sözügedən şəxslər çıxışlarında Ermənistanın işğalçı siyasətini sərt şəkildə tənqid ediblər. Bununla yanaşı, rəsmi İrəvandan Ermənistan qoşunlarının qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması tələb edilib. Sadalananlarla yanaşı, sözügedən şəxslər etiraz aksiyasını işıqlandıran Ukrayna KİV-lərinə müsahibələr veriblər. Müsahibələrin əsas məğzini Ermənistanın dövlət terroru siyasəti yeritməsi və torpaqlarımızın işğalı mövzuları təşkil edib.

Ermənistan səfirliyinin mühafizəsinin gücləndirilməsi məqsədilə sözügedən əraziyə Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) 15 avtobusdan ibarət xüsusi təyinatlıları qrup şəklində cəlb olunublar.

Aksiyanın əvvəlində özünü Ukrayna Təhlükəsizlik Xidmətinin milli azlıqlarla iş üzrə şöbəsinin rəisi kimi təqdim edən şəxs İ.Allahverdiyevaya yaxınlaşaraq ondan təxribat xarakterli hərəkətlərin yol verilməsinə imkan yaratmamağı xahiş edib. Bunun ardınca barəsində bəhs edilən şəxs məhz Ukrayna daxili işlər naziri Arsen Avakovun göstərişi əsasında Ermənistan səfirliyinin mühafizəsinə Ukrayna DİN-in xüsusi təyinatlılarının cəlb olunduğunu bildirib.

Dörd yüz nəfərin iştirak etdiyi etiraz aksiyası zamanı heç bir münaqişə baş verməyib. Aksiyası saat 11:00-dan 12:20-yə qədər davam edib.

Qeyd edək ki, Ermənistanın Ukraynadakı səfirliyinin binası Kiyev şəhərinin mərkəzi hissəsində yerləşməsi ilə əlaqədar sözügedən ərazidə daim insan sıxlığı müşahidə olunur. Belə ki, səfirliyin qarşısında keçirilən etiraz aksiyası Kiyev şəhərinin sakinlərinin kifayət qədər marağını cəlb edib. Aksiya iştirakçılarına yaxınlaşan Ukrayna vətəndaşları yekdilliklə Ermənistanın ünvanına sərt ifadələr işlədərək, rəsmi İrəvanı “Rusiyanın marionetkası” adlandırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...