Əməkdar artist konsertini təxirə saldı: “Həm şəhid bacısıyam, həm də şəhid yoldaşı”

Əməkdar artist konsertini təxirə saldı:


Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın konserti təxirə salınıb. Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. G.Əliyevanın sözlərinə görə, qərar bu gün səhər saatlarına verilib: “Mən o konserti verə bilməzdim. Mən də şəhid qarşılamışam. Həm şəhid bacısıyam, həm də şəhid yoldaşı. Mənim üçün çox ağırdır. Baş verənlərlə bağlı konsert verə bimərəm. Şəhid ailəsi olaraq, onların dərdini, acısını özümünkü bilirəm”.

G.Əliyeva konsertin nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib. Qeyd edək ki, G.Əliyeva mayın 14-də Heydər Əliyev Sarayında konsert keçirəcəyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...