Rusiyanın ən zəngin 200 biznesmeni - 5-i Azərbaycandandır

Rusiyanın ən zəngin 200 biznesmeni -


“Forbes” jurnalının rus versiyası ölkədə yaşayan ən varlı 200 iş adamının siyahısını dərc edib. Modern.az saytı jurnala istinadən xəbər verir ki, siyahıda Azərbaycan əsilli biznesmenlər də yer alıb.

Belə ki, “Lukoyl” şirkətinin prezidenti, Bakıda andan olmuş Vahid Ələkbərov 8,9 milyard dollar şəxsi sərvəti ilə ən zəngin 9-cu rusiyalı iş adamı seçilib. 65 yaşlı Ələkbərov 2015-ci illə müqayisədə 3,3 milyard dollar pul itirib.

Əslən Qubanın Qırmızı qəsəbəsindən olan Qod Nisanov və Zarah İliyev isə hərəyə 3,2 milyard dollar şəxsi sərvətə malikdirlər. Onlar müvafiq olaraq siyahının 26 və 27-ci pillələrində qərar tutublar. Daha bir soydaşımız olan Fərhad Əhmədov isə ən zəngin 51-ci rusiyalıdır. 60 yaşlı Əhmədovun 1,4 milyard pulu var. Ötən illə müqayisədə 700 milyon dollar kasıblayan Araz Ağalarov isə 55-ci pillədə qərarlaşıb. Onun 1,2 milyard sərvəti qalıb. Ən zəngin rusiyalı iş adamı isə Leonid Mixleson olub. Onun 14,4 milyard sərvəti var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...