Neft 3 gün sonra 50 dolları ötə bilər

Neft 3 gün sonra 50 dolları ötə bilər


Əgər neft istehsal edən ölkələr hasilatın dondurulması barədə razılaşsalar, qiymətlər sürətlə 50 dolları ötəcək və bu, artaraq davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Bank of Amerika” bankının analitikləri bildirib. Analitiklərə görə, neft ölkələri razılaşmazsa, qiymətlər 40 dollara qədər düşəcək.
Bundan əlavə, Səudiyyə Ərəbistanı İranın bazara qayıtmasına cavab olaraq, hasilat gücünü artıra da bilər. Belə olan halda qiymətlərin 30 dollara qədər düşmə riski var.

Qeyd edək ki, neft istehsal edən ölkələr aprelin 17-də Qətərin paytaxtı Dohada görüşəcək. Görüş zamanı hasilatın dondurulması, bazarlardakı vəziyyət və qiymətlərin qaldırılması yolları müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...