Metroda təhlükəsizlik gücləndirildi - Sərnişinlər bir-bir yoxlanılır

Metroda təhlükəsizlik gücləndirildi -


Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır. Bakı metrosunda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə gücləndirilib. Avtosfer.az azvision-a istinadən xəbər verir ki, bütün metro stansiyalarında sərnişinlər bir-bir yoxlanılır.

Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.
Metronun “Sahil”, “İçəri şəhər”, “28 May”, “Nəriman Nərimanov", ”Ulduz", “Əzizbəyov”, “Neftçilər”, “Xalqlar dostluğu” metro stansiyalarının giriş qapılarında dayanan polislər sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırlar.

Polis əməkdaşları metroda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər. Onlar bu barədə rəhbərlik tərəfindən ciddi tapşırıq aldıqlarını deyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...