İran prezidenti İstanbulda bu otel otağında qalıb - FOTO

İran prezidenti İstanbulda bu otel otağında qalıb -


İran prezidenti Həsən Ruhaninin İslam Əməkdaşlıq Təşkilatının növbəti Sammitində iştirak etmək üçün İstanbulda qaldığı otel otağı barədə maraqlı məlumat yayılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Hürriyət” qəzetinin köşə yazarı Çengiz Semercioğlu bugünkü köşəsində bu məsələyə yer ayırıb. Köşə yazarının yazdığına görə, İran prezidenti İstanbulda “yüz faiz türk oteli” olan CVK Park Bosphorus otelində qalıb. Adıçəkilən otelin prezident otağı dünyanın ən təhlükəsiz prezident otağı sayılır. 850 kvadratmetr olan otağın pəncərələri minaatan mərmilərə belə dözümlüdür. Otağın bütün divarları ilə polad zirehlərlə örtülüb.

Jurnalistin yazdığına görə, Ruhani əsla südlü və qaymaqlı yemək yemir. O, səhər və günorta yeməklərində düyülü yeməklər seçib.


İran prezidenti İstanbulda bu otel otağında qalıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...