Spikerdən deputatlara jest: "Cərimənizi mən verərəm"

 Spikerdən deputatlara jest:

“Elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Milli Məclisin iclasına tələsərkən də avtomobilinin yol polisi tərəfindən saxlanılması halları olub: “Hətta yol polisləri parlamentin iclasına tələsdiyimizi desək də bu, nəzərə alınmır”. Millət vəkilinə cavab verən sədr Oqtay Əsədov qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: “Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...