Neftin qiyməti sürətlə düşür - Doha görüşündən sonra

Neftin qiyməti sürətlə düşür -


Dünya bazarında neftin qiyməti yenə də ucuzlaşır. “Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, “Brent” in qiymətində 3,85% ucuzlaşma var. Hazırda bu markalı neft 41,44 dollardan satılır. WTI markalı neft 4,27% ucuzlaşma ilə 39,93 dollardan təklif edilir.

Qeyd edək ki, ötən gün Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin görüşü keçirilib. Norveçin, İranın və Liviyanın görüşə qatılmaqdan imtina etməsi, Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib. Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə edilməyib və imzalama mərasimi baş tutmayıb. Məhz bundan sonra neft qiymətləri yenidən düşməyə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...