Neft 2017-ci ilin sonuna qədər bahalaşmayacaq - "Fitch"

Neft 2017-ci ilin sonuna qədər bahalaşmayacaq -


"Fitch" Beynəlxalq reytinq agentliyi hesab edir ki, dünya neft bazarı 2017-cı ilin ortaları və ya sonunda balanslaşacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Londondakı "Fitch" agentliyinin korporasiyalar şöbəsinin direktoru Dmitriy Marinçenko bildirib ki, Dohada aprelin 17-də keçirilən Neft İxrac edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin toplantısının nəticəsizliyi neft bazarına öz mənfi təsirini edə bilər.

Görüşün nəticəsi kimi bu yaxınlarda neft qiymətləri bir barel üçün 30-35 dollara kimi düşə bilər. "Fitch"in hesablamalarına əsasən, neft qiymətləri 2018-2019-cı illərdə 55-65 dollar civarında müəyyənləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...