AŞPA-da Qarabağ müzakirələri - bizim deputat telefonla oynayır

AŞPA-da Qarabağ müzakirələri -


57 saylı Kürdəmir seçki dairəsindən seçilmiş deputat Müslüm Məmmədovun başı telefonuna qarışıb. Fotodan görünür ki, Müslüm Məmmədov telefonunda əyləncəli oyunlar oynayır. Üstəlik, bu o zaman baş verir ki, Azərbaycan nümayəndə heyəti çıxış edən zaman.
AŞPA-da Qarabağ müzakirələri -

Bu barədə jam.az xəbər yayıb. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın cəbhə xəttində yaşayan dinc əhalini gülləbaran etməsi, insan ölümüylə nəticələnmiş cinayətlərin törədilməsi, kəndlərimizi top atəşinə tutmaları barədə çıxış etdiyi halda bu qəribə vəziyyət yaranıb.

Belə olan məqamda belə başa düşülür ki, Müslüm Məmmədov kimi adamların xaricə buraxılmasına qadağan qoyulması ilə yanaşı, onun parlamentdə təmsil olunmasını da əngəlləmək lazımdır. Ən azından, Azərbaycan nümayəndə heyətinin rəhbəri danışdığı bir zamanda belə hərəkət etməsəydi. Ancaq bu, gənc deputatın son günlərdə ilk belə laqeydliyi deyil.

TİA.AZ xəbər yaymışdı ki, M.Məmmədov baş leytanant Əbubəkr İsmayılovun dəfn mərasimində iştirak etməyib. M.Məmmədovun niyə dəfnə qatılmadığı məlum deyil. Milli Məclisin bir çox deputatları aprelin 2-5 günlərində cəbhə xəttində döyüşlərdə qəhrəmancasına həlak olan hərbçilərimizin dəfnində iştirak ediblər. M.Məmmədov isə Ə.İsmayılovun dəfni günü mərasimdə olmayıb və millət vəkili üçün görünür, həmin tarixdə daha “vacib” iş olub. Bu faktı təsdiqləyən məlumat Feysbuk sosial şəbəkəsində də yayılıb. Lətafət Məlikova adlı Kürdəmir sakini qeyd edib ki, deputat şəhidin dəfninə getməyib.

Ölkə başçısı yaralanan hərbçilərə xəstəxanada baş çəkir, dövlət rəsmiləri, icra hakimiyyəti başçıları, hökumət üzvləri şəhidlərin dəfnində iştirak edir, 40 mərasimi mayın 10-na təsadüf etdiyi üçün prezidentin göstərişi ilə Gül bayramının formatı dəyişdirilir və xalqın belə bir həssas, milli həmrəylik nümayiş etdirdiyi vaxtda Kürdəmirin gənc deputatı sayğısızlıqla yadda qalır.
TİA.AZ xatırladır ki, seçkilər ərəfəsində Müslüm Məmmədov Belçika Krallığının vətəndaşı olması ilə gündəmə gəlmişdi.
Onun bu ölkənin vətəndaşı olması təkzib edilsə də, ciddi fakta söykənən sənəd ortalığa çıxarılmadı. Bundan sonra mandat sahibi olan M.Məmmədov bir daha yada düşmədi. Onun nə fəallığı, nə çıxışları mətbuat səhifələrində var.

Onun parlamentin iclaslarında hər hansı çıxışı da xatırlanmır. Odur ki, deputat iki hadisə - Belçika krallığının vətəndaşı olması və şəhidin dəfnində iştirak etməməsi ilə ad çıxara bilib. Ölkə rəhbərliyinin diqqətində olan şəhid ailələrinə hər zaman qayğı göstərilib, onların sosial təminatı, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərindən biri olub.
Deputat isə şəhidin dəfnində belə iştirak eləmir. Hər halda ailənin ondan umacağı yoxdur, bu, sadəcə, bir millət vəkilinin həm seçicisinə, həm vətəndaşa, həm ölkəsi, torpaqları üçün canından keçən igid övladına bir hörməti ola bilərdi. Amma...
Amma bu faktla bağlı istənilən halda onun münasibətini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...