Lələ təpəni azad edən Mais Bərxudarova general rütbəsi verilib

Lələ təpəni azad edən Mais Bərxudarova general rütbəsi verilib


Lələ təpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən Mais Bərxudarova general-mayor rütbəsi verilib.

SalamNews xəbər verir ki, bu barədə millət vəkili Sahib Əliyev özünün "facebook"səhifəsində yazıb: “Məhz döyüşdə, məhz əsgərin önündə, məhz qələbə çalmaqla öz sərkərdəliyini təsdiqləmiş yeni generalımız! Ali Baş Komandan İlham Əliyev əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələ təpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mais Bərxudarova dünən general-mayor rütbəsi verdi.

Uğurlu-xeyrli olsun, müzzəffər ordunun yeni generalı, zəfərlərin davamını gözləyirik!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...