Əli Abbasovun kadrı olan 3 rəis işdən çıxarıldı

Əli Abbasovun kadrı olan 3 rəis işdən çıxarıldı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub. APA xəbər verir ki, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb. Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb. BTRİB-dən məsələ ilə bağlı şərh verilməyib. Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...