Hökumət mobil cihazların satışı ilə məşğul olanlara xəbərdarlıq edib

Hökumət mobil cihazların satışı ilə məşğul olanlara xəbərdarlıq edib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, satış məntəqələrində olan bütün mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir.

İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin IMEI nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Alıcılara mobil cihaz alan zaman IMEI nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, IMEI nömrəsini yazaraq “1677” qısa nömrəsinə SMS göndərməklə və ya “1677” məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.

Mobil telefon cihazından *#06# yığmaqla həmin cihazın IMEI nömrəsini müəyyən etmək olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...