Milli Qəhrəman,mayor Samid İmanovun şərəfli xidmət və döyüş yolu
Azərbaycan Respublikasının Milli qəhrəmanı adına layiq görülən,Milli Ordunun zabiti, son döyüşlər zamanı şəhid olmuş,mayor İmanov Samid Gülağa oğlunun keçdiyi həyat yolu və göstərdiyi qəhrəmanlıqlar haqda Bloger Tofiq Şahmuradovun yazını təqdim edirik:
Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftcala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz acıb.
1998-ci ildə Neftcala rayonunun 1-saylı orta məktəbi bitirmiş və həmən il Ali Hərbi Məktəbə daxil olmuş, 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir.
Türkiyə Cumruhiyyətində “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”
Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″ ,”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında,
İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumuniya Respublikasında “dağa dırmanma üzrə təlimatcı kursunda iştirak etmişdir.
2004-cü ilin iyun ayından Xüsusi Təyyinatlı hərbi hissədə “Qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmişdir.
Xidməti müddətində 6 medalla təltif olunan az sayda hərbiçilərdən biri olub.
Şəhid olmamışdan öncə genştabda son kursda oxuyurdu (gələcəkdə general rütbəsinə real namizədlərdən olduğu ücün nazirlik tərəfindən göndərilmişdi)
Milli Qəhrəman,mayor Samid İmanovun şərəfli xidmət və döyüş yolu - FOTOLAR
Bundan başqa, Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah reisi və xüsusi təyyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir.
Samid İmanov Göstərdiyi qəhramanlıqlara görə, kursant vaxtı mərhum prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə qəbul edilərək mükafatlandırılmışdır.
Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuş , dəfələrlə düşmənin arxasına kecmiş, komandanlığa cox vacib materiallar gətirmişdir. Qeyd etdiyim kimi, 6 medala layiq görülmüş Silahlı Qüvvələrin ən bacaraqlı zabitlərindən biri olmuşdur.
2014-ci il avqust ayında ermənilərin təxribatının qarşısın almaq ücün Samidin dəstəsi əməliyyat kecirtmiş 20-yə yaxın ermənini məhf edərək geriyə qayıtmışdılar
2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü Vətənə, millətə həsr etmiş zabitimizin son döyüşü olmuşdur.
Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarılmasına etiraz eləmiş yaralı əsgərinin(gizir) cıxardılmasını əmr etmişdir ,əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş vermişdir
Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, ama komandiri yerində tapa bilməmişlər.
Milli Qəhrəman,mayor Samid İmanovun şərəfli xidmət və döyüş yolu - FOTOLAR
Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış, lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.Şəhid olduqdan sonra Azərbaycan Respublikasının prezidenti,Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdü.
1596 dəfə oxundu