Talış kəndi istiqamətində gərginlik - daha bir erməni əsgər öldü

Talış kəndi istiqamətində gərginlik -


Qondarma “DQR müdafiə nazirliyi” bildirir ki, bu gün səhər 06.30 radələrində təmas xəttinin şimal istiqamətində (Talış-Goranboy) Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə erməni qüvvələrinin hərbçisi, 32 yaşlı Marat Danielyan öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu, təmas xəttinin həmin istiqamətində hərbi əməliyyatların dayandırılmasından sonra məhv edilən 4-cü erməni hərbçisidir.

Azərbaycan Müdafiə Nazirliyi ötən gecə düşmənin təmas xəttinin bir neçə istiqamətində mövqelərimizi atəşə tutduğunu və cavab zərbələri endirildiyini bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...