“Barselona” və “Real”ın futbolçuları Bakıya gəlir

“Barselona” və “Real”ın futbolçuları Bakıya gəlir


17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya və Portuqaliya yığmalarının heyəti məlum olub. Şotlandiya millisinin baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək. Yekun siyahıda 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb:

Qapıçılar: Aydan MakAdams (Seltik), Kiran Rayt (Reyncers);

Müdafiəçilər: Daniel Baur (Harts), Den Meredit (Vest Bromviç, İngiltərə), Toni Qallaxer (Falkirk), Liam Heqarti (Middlsbro, İngiltərə) Aydan Uilson (Reyncers);

Yarımmüdafiəçilər: Freyser Hornbi (Everton, İngiltərə), Liam Bart (Reyncers), Kayl MakAllister (Sent Mirren), Cordan Holsqrouv (Ridinq, İngiltərə), Cek Tomson (Reyncers), Brok Vatson (Seltik);

Hücumçular: Zak Rudden (Reyncers), Cek Aytçison (Seltik), Lüis Morrison (Kilmarnok), Konnor MakLennan (Aberdin), Cek Adamson (Reyncers).

Portuqaliya millisi isə Bakıdakı yarışa 23 oyunçu ilə hazırlaşacaq. Baş məşqçi Eliu Souzanın güvənəcəyi futbolçular arasında “Barselona” və “Real”ın üzvləri də var.

Azərbaycan yığması ilə eyni qrupda yer alan komandaya Joao Virginya (Arsenal, Fransa), Ruben Vinaqre (Monako, Fransa), Florentino, Gedson Fernandes, Filipe Soares, Joze Qomes; Joao Filipe, Mesaq Dju, Nunu Santuş (hamısı - Benfika), Domingos Quina (Vest Hem, İngiltərə), Dioqo Koşta, Dioqo Dalot, Dioqo Leyte, Dioqo Keyruş, Lameyra (hamısı - Portu), Mikael Almeyda (Lion, Fransa), Luiş Maksimiliano, Migel Luiş, Joao Oliveyra, Tyerri Korreya, Rafael Leao (hamısı - Sportinq), Luiş Silva (Stok Siti, İngiltərə), Romen Korreya (Vitoriya) çağırılıb.

Portuqaliya millisi aprelin 25-də bir araya gələcək. Bir həftəlik məşqlərin ardından mayın 2-də Bakıya gətiriləcək 18 nəfərlik heyət müəyyənləşdiriləcək.(publika.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...