Saakaşvilidən xəbərdarlıq: "Ukrayna çökür..." VİDEO

Saakaşvilidən xəbərdarlıq: "Ukrayna çökür..."


Odessanın qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya Odessaya Milli qvardiya göndərməsi üçün müraciət edib.

AzVision.az Modern.az-a istinadən bildirir ki, o bu haqda “Facebook”dakı videomüraciəti vasitəsilə məlumat yayıb. Saakaşvili bəyan edib ki, yerli Ukrayna Təhlükəsizlik Xidməti yalnız bir işlə - islahatçılar komandasını izləməklə məşğuldur.

O qeyd edib ki, Ukraynada dövlətin çökməsinin bütün əlamətləri görünür. Saakaşvili bu bəyanatı ilə Odessanın siyasi həyatındakı son hadisələri, o cümlədən şəhər hakimyyəti tərəfdarları ilə əleyhdarlarının meriya binası qarşısındakı qarşıdurmasını nümunə gətirib.

“Bir daha Ukrayna prezidentinə müraciətimlə bizdə qayda-qanun yaratmasına kömək göstərməsini tələb edirəm”, - Saakaşvili deyib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...