Sürücülərin diqqətinə - texniki baxış müddəti başa çatır - VİDEO

Sürücülərin diqqətinə - texniki baxış müddəti başa çatır -


MDB istehsalı olan avtomobillərin texniki baxışdan keçirilməsi üçün 3 gün qalıb

Mayın 1-nə qədər belə avtomobillərin sürücüləri texniki baxışdan keçməzlərsə, yol polisi onlara 50 manat miqdarında cərimə tətbiq edə bilər. MDB istehsalı olan avtobillərin texniki baxışdan keçməsi üçün son 3 gün qalıb. Qanunvericiliyə görə belə sürücülərə texniki baxış üçün verilən 3 aylıq vaxt mayın 1-i başa çatır. Qanunun tələbini əməl etməyən sürücüləri isə 50 manatlıq cərimə gözləyir.

Texniki baxış zamanı isə avtomobilin işıq cihazları, sükan idarəetmə mexanizmi , havaya buraxdığı zərərli qazın miqdarı yoxlanılır eyni zamanda yanğın söndürən balon, qəza dayanma nişanı və tibb çantasına baxılır. Avtomobilə əlavə avadanlıqlar quraşdırıldıqda isə həmin maşın texniki baxışdan keçirilmir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...