"Gəlin, məğlub olduğumuzu deməyək" - Erməni deputat

"Gəlin, məğlub olduğumuzu deməyək" -


“Biz döyüşlərdə məğlub olduğumuz haqda danışmayacağıq”

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində təmsil olunun müxalif Milli Konqres Partiyası fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

O, müxalifət liderlərini birliyə çağırıb: “İndi birləşmək hər şeydən önəmlidir. Bizdən öz vətənimizin məğlub olduğu haqda danışmağı gözləməyin. Bizi istəməyənlərə bu həzzi yaşatmayacağıq”, - deyə Zurabyan bildirib.

Onun sözlərinə görə, hazırki vəziyyətdə müxalifət arasında birlik vacibdir. Erməni deputat həmkarlarına səslənərək cəbhəki sonuncu döyüşlərdə Ermənistanın məğlub olması haqda çıxışlar etməməyi tövsiyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...