Səudiyyə şahzadəsini cərimələdilər - FOTO

Səudiyyə şahzadəsini cərimələdilər -


Çox bahalı, qızıl suyuna çəkilmiş avtomobilləri də özü ilə Londona apararaq Britaniya paytaxtında "qlamur" istirahət etməyi sevən Səudiyyə Ərəbistanı şahzadəsi cərimələnib

Gundeminfo.az yazır ki, Milli.az Daily Mail-ə istinadən bildirir ki, milyarder Turki bin Abdulla 370 min funt-sterlinqlik Mercedes G63, 350 min funtluq Lamborghini Aventador SV, 350 minlik Rolls-Royce və 220 min funt-sterlinqlik Bentley avtomobili ilə Londondadır.

Dünən Brompton Road-da restoranlardan birində olarkən o, Lamborghini Aventador SV-i qaydasız park etmişdi.

Polis də parkinq qaydalarını pozduğuna görə şahzadəni 80 funt-sterlinq məbləğində cərimələyib.

Restorandan cəmi 50 metr aralıqdakı NCP dayanacağında 1 sutkalıq parkinqin qiyməti 50 funtdur. Yaxınlıqdakı Jumeirah Carlton Tower Hotel-də yeraltı qarajda parkinqin qiyməti də 1 sutkaya görə 50 funtdur.


Səudiyyə şahzadəsini cərimələdilər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...