Bakıda pulsuz paltar mağazası açılıb- VİDEO

Bakıda pulsuz paltar mağazası açılıb-


Mağazanın açılmasında məqsəd ehtiyacı olan insanları geyimlə təmin etməkdir. Paytaxtın Xətai rayonunda ticarət mərkəzlərinin birində ehtiyacı olan şəxslər üçün mağaza açılıb. Mağazanın açılmasında məqsəd ehtiyacı olan insanları geyimlə təmin etməkdir.

Təşkilatçı Nigar Bayramlının sözlərinə görə, ehtiyacı olan hər kəs mağazaya buyurub ürəyi istədiyi geyimi pulsuz götürə bilər. Amma paltarların verilmə sayında limit tətbiq olunur. Hər adama 2 dəstdən artıq paltar götürməyə icazə verilmir.

Mağaza şənbə və bazar günləri saat 13:00-dan 17:00-a qədər fəaliyyət göstərir. İstifadə etmədiyi paltarları bura təhvil vermək istəyənlər də bu vaxt ərzində mağazaya müraciət edə bilərlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...