Bazar ertəsi      17 mart 2025     01:58:45  

Kadırovun iki min nəfərlik dəbdəbəli toyu - VİDEOLAR

Kadırovun iki min nəfərlik dəbdəbəli toyu -


Çeçenistanda ölkənin ilk prezidenti Əhməd – Hacı Kadırovun ilk nəvəsinin dəbdəbəli toy mərasimi baş tutub. AzVision.az xəbər verir ki, toy mərasimi iki gün 30 aprel – 1 may tarixlərində Çentara kəndində keçirilib. Çeçenistan prezidenti Ramzan Kadırov öz qardaşı oğlunun toyundan olan görüntüləri `Youtube` portalına yükləyib.
Mərasimə onlarla bahalı “Bentley”, “Rolls-Royce” və digər lyuks avtomobillər gətirilib. Ümumilikdə Kadırovgilin kəndinə mərasimdə iştirak etmək üçün təxminən 2000 min adam qatılıb.




“Doğma Çentra kəndində Çeçenistanın ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd –Hacı Kadırovun ən sevimli nəvəsi Hafiz Həmzətin toy mərasimini keçirdirik. O, mənim böyük qardaşım Zəlimxan Axmedoviçin oğludur”, - deyə Kadırov `İnstagram` sosial şəbəkəsində yazıb.

Kadırovun sözlərinə görə, toy mərasimi zamanı iki yüz atın iştirak etdiyi at yarışları da keçirilib. Eyni zamanda milli idman növləri üzrə müxtəlif yarışlar keçirilib, qaliblər isə bahalı hədiyyələr və avtomobillərlə mükafatlandırılıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...