Alı Alıyev iğaldan sonra nə işlə məşğul olub? ÇOX İLGİNC

Füzulidə 875 baş inək, 286 ton taxıl hara yoxa çıxıb?
İcra başçısı Alı Alıyevin rayonun işğal edilməsindən sui-istifadə edərək, bir müddət heyvan və taxıl alveri edib
Füzulinin icra başçısı Alı Alıyevin 23 il bundan əvvəl reallaşdırdığı «əməliyyat»lardan birinin üstü açılıb. JAM.AZ xəbər verir ki, 1993-cü ildə «Aqroprom»un sədri işləyən Alı Alıyev SSRİ-nin dağılması, Azərbaycanın müstəqillik əldə etməsi, ən əsası isə Qarabağda şiddətli döyüşlərin getməsini fürsət bilərək, Füzuli rayonundakı kolxoz və sovxozların əmlakınqı talamaqla məşğul olub.
Məlumatda qeyd edilir ki, Füzuli rayonun işğal edilməsi isə hazırkı icra başçısının əlində daha bir fürsət verib. Mənbə bildirir ki, 1993-cü ildə Alı Alıyev Böyük Bəhmənli kəndinin sakinlərinə məxsus 875 baş mal-qaranı İrana keçirərək, orada satdırıb. Onun mütəmadi şəkildə İrana heyvanlar keçirdərək, satdırdığı vurğulanır.
JAM.AZ xəbər verir ki, Alı Alıyev təkcə mal-qara alveri etməyib. Həmçinin Füzuli rayonunda itehsal olunmuş və ehtiyat olaraq saxlanılan 286 ton taxılı da İmişli rayonunda satdıraraq, pula çevirib.
Mənbələr qeyd edirlər ki, Füzulinin icra başçısı Alı Alıyev mal-qaradan gələn gəlirin «şirinli»yini 23 il əvvəl daddığından bu gün qoyun və inək sürüləri saxlatdırır. Elə bu səbəbdəndir ki, onun hazırda rayonda 4000 baş qoyunu və 1000 baş inəyi var.
Qarşı tərəfi də dinləməyə hazırıq.
233 dəfə oxundu