"Bakı itirilmiş torpağın hər qarışını erməni qanıyla suvarmaq istəyir" -

Azərbaycanın Qarabağa qarşı təcavüzündən düz bir ay keçdi. İlk günlər hər şey son dərəcə aydın idi – bu, Rusiyanın dəstəyi ilə təcavüzdür və Ermənistan, mümkün müttəfiqlər cavabında Qarabağı tanıya bilər. Lakin günlər daha çox keçdikcə, təcavüzün əsil məqsədlərini və onun müəlliflərini bürüyən duman daha da qatılaşır.
Hazırda Qarabağda nə baş verir? Prosesi dondurulmuş saymaq mümkündürmü, hansı yöndə inkiaşf edir? Hazırda nə önəmlidir – nizamlama və yaxud insanların öldürülməməyi üçün hansısa tədbirlərin görülməyi? "Uzaqvuran müharibə” üçün tərəflərin nə qədər vaxtı var? Hazırda hər səhər xəbərləri dinləyib bir, iki və daha çox nəfərin həlak olduğunu eşidən hər bir erməni özünə bu sualları verir.
Azərbaycanın məqsədləri aydındır. Bakı rəhbərliyi gizlətmir ki, itirilmiş torpağın hər qarışını erməni qanıyla suvarmaq istəyir. Azərbaycan rəhbərliyi bu torpağın, heç olmasa, bir parçasını əldə saxlamaq, siyasi prosesi iflasa uğratmaq, Qarabağın hətta bir ölkə tərəfindən də tanınmasına yol vermək istəmir.
Bəs erməni tərəfinin məqsədləri hansılardır? Biz nə istəyirik? Ermənistan rəhbərliyi ziddiyyətli bəyanatlar verir – kimsə deyir ki, sıfırdan başlamaq lazımdır, kimsə şərtlər irəli sürür, hətta bu torpağa hüququmuzun olmadığı və onu geri qaytarmağa hazır olduğumuzu deyənlər də var.
Heç bir analitik və ekspert dəqiq şəkildə deyə bilməz ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin mövqeyi hansıdır və hansı addımları atmaq niyyətindədir. Serj Sərkisyanın irəli sürdüyü üç şərtə əsasən fikir yürüdəndə Ermənistan beynəlxalq birliyin yardımını cəlb etmək və sərhəddə barışıq rejimini möhkəmləndirən hansısa mexanizmlər yerləşdirmək niyyətindədir.
Bununla belə, məlum deyil ki, praktik addım mənasında bunun üçün hansı işlər görülür. Məsələn, avadanlıq yerləşdirmək xahişi ilə Ermənistan hansısa ölkəyə müraciət edibmi? Bu ölkələr hansılardır? Bu cür ola bilərmi ki, Almaniya və yaxud ABŞ avadanlıq yerləşdirmək istəyir, Rusiya isə əleyhinədir? Ermənistan Qarabağa həyatı xilas edəsi avadanlığı gətirmək üçün Rusiyaya etinasız yanaşmağa hazırdırmı? Ermənilərin və erməni torpaqlarının təhlükəsizliyini hazırda ancaq Ermənistan ordusunun əsgər və zabitləri təmin edir. Lakin siyasi vəzifəsizlik və seçimdən imtina hər gün əsgərlərin həyatını aparır. Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibənin geopolitik müstəvisini görməməyi çətindir. Hamı çox gözəl başa düşür ki, ola bilsin, bu dəfə seçimdən – Rusiyanın "zəmanətləri” və Qərbin "avadanlıqları”ndan yayınmaq mümkün olmayacaq.
Ermənistan siyasi-hərbi rəhbərliyinin seçim etməyi çətindir – o, bütün qəlbiylə Moskva müqaviləsinə (1921-ci ildə Moskvada bağlanmış Rusiya-Türkiyə müqaviləsi-tərc.) bağlıdır, bu müqavilənin icraçısıdır. Lakin bu müqavilə sərhəddə hər gün erməni əsgərlərinin canını alır. Və bu həyatlara görə məsuliyyət düzgün seçim etməyənlərin üzərinə düşür.
strateq.az
233 dəfə oxundu