DYP rəisinin 200 min manatını mənimsəyən qadının məhkəməsi başladı

DYP rəisinin 200 min manatını mənimsəyən qadının məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, Nəsimi rayonunda fəaliyyət göstərən notariat kontorunun rəhbəri Kəmalə Hüseynzadə hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verərək qeyd edib ki, 2012-ci ildə bir nəfərə müvəqqəti şəxsiyyət vəsiqəsi ilə etibarnamə versə də, onun kimliyini xatırlamır. Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Proses mayın 12-də davam edəcək. İttihama görə, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat alıb və zərərçəkmişlərlə birlikdə biznes quracağını bildirərək onları aldadıb. Zərərçəkənlərdən biri Şəkidə Dövlət Yol Polisi şöbəsinin rəisi olub. A.Babaşova onun etimadını qazanaraq 200 min manata yaxın pul alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...