ABŞ-ın ağır hərbi texnikası Gürcüstana gətirildi - FOTOLAR

ABŞ-ın ağır hərbi texnikası Gürcüstana gətirildi -


ABŞ-ın ağır hərbi texnikası Rusiya ilə sərhədə, qonu Gürcüstan ərazisinə daxil olub. Arıq Amerikanın tankları və zirehli maşınları Gürcüstanın Poti limanındadır.

Koordinat.az xəbər verir ki, ABŞ-a məxsus hərbi texnikası NATO ilə birgə hərbi təlimlərin keçirilməsi məqsədilə Gürcüstana gətirilib. Bundan bir neçə gün əvvəl ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyəti Gürcüstana səfərə gəlmişdi. Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodges-in rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdırıb. Bildirilirdi ki, Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə gətirilməlidir.

Xatırladaq ki, “Layiqli Tərəfdaş” adlı irimiqyaslı təlimlərə yaxın vaxtlarda start veriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur. Doğrudur, ABŞ-ın hərbi texnikası əvvəlki təlimlərə də cəlb edilmişdi. Ancaq bu dəfə Amerika arsenalının tərkibini daha da genişləndirmək qərara alınıb. İlk dəfə olaraq birgə təlimlərdə Amerikanın “Abrams” tankları da iştirak edəcək.

Ekspertlər ABŞ-ın hərbi texnikasının Gürcüstana gətirilməsini və Rusiyanın sərhədində hərbi təlimlər keçirməsini böyük siyasətin mümühm tərkib hissəsi kimi dəyərləndirirlər.


ABŞ-ın ağır hərbi texnikası Gürcüstana gətirildi -
ABŞ-ın ağır hərbi texnikası Gürcüstana gətirildi -
ABŞ-ın ağır hərbi texnikası Gürcüstana gətirildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...