Putin Bakıya gəlmək istədi, amma təxirə saldı

Putin Bakıya gəlmək istədi,

Şənbə günü Rusiya hakimiyyətinə yaxın mənbələrə istinadən virtualaz.org xəbər vermişdi ki, prezident Vladimir Putin Bakıya bir günlük səfər etmək niyyətindədir. Səfərin mümkünlüyünü o fakt da sübut edirdi ki, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilmişdi.

Mənbənin bildirdiyinə görə, Putinin səfəri bilavasitə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı idi. Lakin, virtualaz.org-a Rusiya-Azərbaycan parlamentlərarası qrupdan bildirildiyinə görə, Rusiya prezidenti Vladimir Putin Bakıya səfərini təxirə salıb.
“Söhbət səfərin ləğvindən getmir. Prezident Bakı səfərini sadəcə təxirə salıb”, - virtualaz.org-a belə bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...