28 Mayda böyük aministiya gözlənilir
28 may - Respublika Günü münasibəti ilə Azərbaycanda böyük aministiya gözlənilir. Bu dəfə ki, aministiya aktı əvvəlkilərdən fərqli olaraq daha çox məhbus və istintaq altında olan şəxsə şamil ediləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, amnistiya aktı layihəsini parlamentə ənənəvi olaraq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edəcək. Gözlənilir ki, Amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək.
Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarmın bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkıım edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları reallaşa bilər.
Gözləntilərə görə, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlər, habelə xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş və bəzi digər məhkumlar barəsində amnistiyanın tətbiq edilməsində məhdudiyyətlərin müəyyən edilməsi ehtimal edilir.
Təxmini hesablamalara görə, 12 min şəxsin amnistiya aktının təsiri altına düşməsi gözlənilir. Gözləntilərə görə, bəzi siyasi məhbuslar da aministiya aktının təsir dairəsinə düşməsi ehtimal edilir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 10 amnistiya aktı qəbul edilib: İmzalanan amnistiya aktları ümumilikdə 100 mindən çox şəxsə şamil olunub. Sonuncu aministiya aktı eks-prezident Heydər Əliyevin ananad olmasının 90-cı ildönümü münasibəti ilə 2013-cü ilin mayın 7-də verilib. Hazırda gözlənilən aministiya aktı sayca 11-ci olacaq.
985 dəfə oxundu