Hərbi attaşelər cəbhədə - Ermənilərin kimyəvi silahı göstəriləcək

Hərbi attaşelər cəbhədə -


Bu gün Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.

AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hərbi attaşelərin cəbhə bölgəsinə səfəri Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən təşkil olunub.

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib.

Bu faktla əlaqədar olaraq Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunur. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq”. Qeyd edək ki, fosfor təyinatlı silahın istifadə olunması beynəlxalq konvensiyalarla qadağan olunub. Belə ki, bu silah kifayət qədər təhlükəli xarakter daşıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...