Ağdərə ətrafındakı kəndlər boşalıb... - ermənilərdən etiraf

Ağdərə ətrafındakı kəndlər boşalıb... -


Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri” Arayik Harutyunyan ötən gün Şuşa şəhərində olub. O, “4 günlük müharibə”nin nətəsində öz evlərini tərk edənlərlə görüşüb.

Arayik Harutyunyan deyib ki, döyüşlərin getdiyi Talış və Madagis kəndlərindən Şuşaya gələnlər istisnadır, onlar qala bilər, amma digərlərini isə təkidlə Mardakert rayonuna (Ağdərə) dönmələrini istəyir. “Hər şey bizim nəzarətimiz altındadır”,-deyə separatçı rejimin nümayəndəsi mülki ermənilərə vədlər verib.

Erməni mətbuatının yazdığına görə, guya, "baş nazirin” çağrışına əsasən müsbət reaksiya verilib. Ağdərənin digər kəndlərini tərk edənlər yaxın günlərdə geri dönəcək...

Bu xəbərdən aydın görünür ki, keçmiş Ağdərə (Mardakert) rayonunun digər kəndlərindən də qaçıb gedənlər o qədər də az deyil. İndi "baş nazir" şəxsən onları geri qaytarmaq üçün müxtəlif vədlər verir...

Ancaq ermənilər də başa düşürlər ki, onlar getdikcə iğal altındakı Azərbaycan torpaqlarına nəzarəti itirirlər. Həmin ərazilərdə Azərbaycan Ordusu söz sahibinə çevrilir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...