Almaniya ilə Türkiyə arasında böyük krizis - almanlar "soyqırım"ı tanımağa hazırlaşır
Almaniya ilə Türkiyə arasında yaşanan viza böhranına daha bir problem də əlavə edilə bilər. GUNDEMİNFO.AZ-ın məlumatına GÖRƏ, Almaniya Parlamenti 1915-ci ilə dair erməni iddiaları əsasən «soyqırım»ı tanımağa hazırlaşır. 2 iyunda Alman Parlamentinin 173-cü iclasında soyqırımı tanımaqla bağlı müzakirələr başlayacaq.
Almaniya Parlamentinin rəsmi internet səhifəsində 1915-ci il olayları «soyqırım» kimi təqdim edilir. Təqdimatın başlığı sadəcə ermənilərlə bağlı deyil. Alman Parlamentində iddia edirlər ki, 1915-ci il olayları əslində xristianlara qarşı yönələn bir qətliamdır. Yaşıllar Partiyasının və hökumət partiyalarının birgə hazırladıqları layihəni müxaliftədən olan Sol Partiyanın üzvləri ilə müzakirəsi başlayacaq. Alman mediasının iddiasına görə hökumət və Yaşılların hazırladığı layihənin keçmə ehtimalı daha böyükdür.
GUNDEMİNFO.AZ əlavə edir ki, bu layihə ilə bağlı Almaniya xarici işlər naziri əndişəli olduğunu etiraf edib. ‘Tagesspiegel’ qəzetinə verdiyi açıqlamasında nazir bu qərarın ciddi problemlərə nədən olacağını etiraf edib.
216 dəfə oxundu