Rusiya Krımda RLS-i yenidən bərpa edir - SKANDAL
Rusiya Qara dəniz və Aralıq dənizlərində raketdən müdafiə sistemini yeniləyərək Sevestopol istiqamətindəki Radio Lakasiya Stansiyasını yenidən bərpa edərək istifadə verməyə hazırlaşır. GUNDEMİNFO.AZ-ın «İzvestiya»ya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindəki mənbənin xəbərində bu barədə bildirilir.
«Dnepr» stansiyasının bərpə edilməsi ən yaxın zamanlarda bərpa olunacaq və bununla da Rusiyanın cənub və cənub şərq sərhədlərinin ballistik raketlərdən qorunmasını təmin edəcək. Krımın ilhaqına qədər Ukraynanın nəzarətində olan bu stansiya 10 ilə yaxın müddətdə işləməyib. Bundan başqa informasiyada deyilir ki, Rusiya 2013-cü ildə Armavir yaxınlığındakı - «Voronej-DM» və Azərbaycandakı Qəbələ RLS-in bərpasını nəzərdə tutmur.
Onu da əlavə edək ki, «Dnepr» RLS mübahisəli Krım ərazisində yerləşir və hazırda Ukrayna ilə Rusiya arasında ərazi mübahiəsi davam etməkdədir. Eyni zamanda bir sıra beynəlxalq təşkilatlar Krımla bağlı olaraq mübahisələri həll etmək üçün danışıqlar aparırlar. Belə bir vəziyyətdə Rusiyanın Krımda RLS-i bərpa etməsi böhranı bir qədər də dərinləşdirə bilər.
249 dəfə oxundu