Alı Alıyevin tutdurduğu iş adamına qarşı hansı ittiham irəli sürülüb?

Nəriman Əliyev «Füzuli rayonunda iğtişaş törətməyə cəhddə» ittiham olunur
Ötən günlərdə xəbər vermişdik ki, tanınmış iş adamı, «Qarabağ Broyler»in rəhbəri, habelə bir çox istehsal sahələrinin yaradıcısı olan Nəriman Əliyev müəmmalı şəkildə həbs olunub. JAM.AZ-a verilmiş məlumatlarda vurğulanırdı ki, Əliyevin həbs edilməsinin səbəbkarı isə Füzuli rayonunun icra başçısı Alı Alıyev olub. Çünki Alıyev onun icra başçısı olmaq niyyətindən xəbər tutduqdan sonra zərərsizləşdirmək qərarına gəlib.
Qeyd edək ki, Nəriman Əliyevin hansı maddə ilə həbsdə saxlanıldığı, ona qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyildi. Bu gün məlum olub ki, iş adamına qarşı «Füzuli rayonunda iğtişaş törətməfyə cəhd» ittihamı irəli sürülüb. Onun rayonda etiraz aksiyaları təşkil etmək niyyətində olduğu «aşkarlan»dıqdan sonra belə bir addım atılması zərurəti yaranıb.
Gedişatdan, irəli sürülmüş ittihamlardan açıq-aydın görünür ki, işin içində Alı Alıyev var. Ona görə ki, belə hallar bəzi rayonlarda da təkrarlanıb və məlum olub ki, icra başçıları onların sözünü eşitməyən, habelə cavab qatyaran, ələlxüsus isə rayonun rəhbəri olmaq iddiasına düşənləri «iğtişaşa cəhd» ittihamı ilə həbs etdiriblər. Alı Alıyev də digər rəqibi Şakir Hacıyevin başına gətirdiyi müsibəti bu dəfə Nəriman Əliyevin başına açıb.
Xatırladaq ki, Nəriman Əliyevlə Alı Alıyev yaxın dost olublar. Hətta Füzulinin icra başçısı onu bir müddət icra nümayəndəsi təyin edib. Lakin sonradan tərəflər arasında maliyyə məsələlərində anlaşılmazlıq yaranıb, proses narazılığa çevrilib. Narazılıq yarandıqdan sonra icra başçısı onun «boş yeri»ni taparaq, sıradan çıxarmağa çalışıb. Ki, artıq istəyinə çatmaq üzrədir.
311 dəfə oxundu