ABŞ səfirindən prezidentlərin iyun görüşü haqda ANONS: “Qarabağ problemi həll olunacaq”

ABŞ səfirindən prezidentlərin iyun görüşü haqda ANONS:


“ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan iyun görüşü hamımızın həll etməyə çalışdığı məsələyə - Qarabağ probleminin hərtərəfli həllinə səbəb olacaq”.

Modern.az saytı xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Yerevanda keçirilən ABŞ-Ermənistan biznes-forumunda çıxışı zamanı deyib. Səfirin sözlərinə görə, Vyanadan alınan xəbərlər çox ümidvericidir. “Bu əsl nailiyyət idi, çünki hər iki tərəf 1994-1995-ci il müqaviləsinə sadiq olduqlarını təsdiqləyib”. Milz son hadislərin fonunda həmsədrlərin səylərini daha da artırdığını vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...