"Formula-1"dən sonra müharibə olacaq - Düşmən tərəfi

"Formula-1"dən sonra müharibə olacaq -


“Qarabağda yenidən qısa müddətli müharibə başlaya bilər. Hesab edirəm ki, döyüşlər yay aylarına təsadüf edəcək” AzVision.az xəbər verir ki, bunu erməni jurnalistlərə açıqlamasında ekspert Ara Papyan bildirib. Onun sözlərinə görə, 17-18 iyun tarixində Bakıda keçiriləcək “Formula-1” yarışlarından sonra müharibənin olacağı qaçılmaz görünür. Erməni ekspertin sözlərinə görə, cəbhədə geniş miqyaslı deyil, 3-5 günlük toqquşmalar olacaq. Ara Papyanın fikrincə, Rusiya Qarabağda münaqişənin olmasına maraqlıdır.

“Rusiya bununla Qarabağı Azərbaycana qaytarmağa və rəsmi Bakının Avrasiya İqtisadi İttifaqına üzv olmasına çalışır. Rusiyanın digər məqsədi Ermənistanı özündən asılı vəziyyətə salmaqdır”, - deyə erməni ekspert bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...