"Azərlotereya" büdcəyə borcunu qaytarmaqdan yayınıb - səbəbi bəlli deyil

"Azərlotereya" büdcəyə borcunu qaytarmaqdan yayınıb -


"Azərlotereya" nəzərdə tutulmuş vəsaiti büdcəyə ödəmədiyindən dividendlər üzrə proqnoz icra olunmayıb. 2015-ci ilin dövlət büdcəsində sair daxilolmalar üzrə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 2,5 mln. manat proqnoza qarşı icra 0,6 mln. manat və ya 1,9 mln. manat az olub. "APA-Economics" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabatda yer alıb.

Hesabatda qeyd olunub ki, bunun səbəbi "Azərlotereya" ASC tərəfindən dividendlər üzrə nəzərdə tutulmuş vəsaitin dövlət büdcəsinə ödənilməməsi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...