Bu gün Azərbaycanda vertolyotlar satışa çıxarılır - FOTO

Bu gün Azərbaycanda vertolyotlar satışa çıxarılır -


Bu gün Azərbaycanda vertolyotlar hərraca çıxarılacaq. Hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində beh verilməlidir. Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hava nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Hərraca çıxarılanlar Mİ-8 tipli helikopterlərdir. Onlar 1991-93-cü il istehsalıdırlar. Hava gəmisinin satış qiyməti 130023 manatdan başlayır/anspress.com/.


Bu gün Azərbaycanda vertolyotlar satışa çıxarılır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...