Cəlilabad şefinin qohumu haqda ilginc – İddialar

Cəlilabad şefinin qohumu haqda ilginc –


Cəlilabadın icra başçısının qohumu barəsində ilginc xəbərlər yayılıb. Sosial şəbəkələrdə Əziz Əzizovun sürücüsü və bacısı oğlu olan Muradla bağlı iddialar yer alıb. Geniş müzakirə olunan həmin xəbərlərdə bildirilir ki, Murad vəzifədə olan dayısının sayəsində böyük imkanlara sahiblənib.

Məlumata görə, rəsmi maaşı 600 manat olan sürücü - bacı oğlunun 100 minlik "Toyota Land Cruiser” markalı avtomobili, 10 min dollarlıq "Vertu” və 1000 dollarlıq "iPhone” markalı mobil telefonlar, bahalı saatı, marka geyimləri var. Bundan başqa saysız-hesabsız mülklərə yiyələnib.

Vizual.Az sosial şəbəkələrə istinadən bildirir ki, rayonda icra başçısıının qəbuluna düşmək istəyən bəzi iş adamları, vəzifəli şəxslər Ə.Əzizovun sürücüsü ilə təmasa keçir. Muradın dayısı ilə daha operativ kontakt qura biləcəyini hesab edən bəzi şəxslər bu vasitə ilə icra başçısı ilə görüşməyə nail olur.

Məlumatı paylaşanlar Cəlilabadda yoxsul bir fəhlənin fotosunu da yayıb. Deyilir ki, şəkildə iki şəxs təsvir olunub: biri ailəsini dolandıra bilməyən sıravi fəhlə: səhərdən axşama qədər alın təri ilə işləyir ki, evdə ac olan ailəsinə bir tikə çörək alsın. İkinci şəxs isə Əziz Əzizovun sürücüsü, həm də bacısı oğlu Murad. Rəsmi olaraq Murad hardasa 600 manat maaş alır. Buna baxmayaraq Muradın yuxarıda sadaladığımız imkanları var. Qeyd edək ki, prezident məmurlara və övladlarına xəbərdarlıq edib. Ölkə başçısı xatırladıb ki, məmur və övladları təvazökar həyat tərzi sürməlidir. Ancaq bəzi məmurlar bu göstərişə əməl etmirlər. Qarşı tərəfi dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...