Zərdabda bir ailənin yaşam dramı- FOTOLAR
Dövlət başçısı və Birinci Xanımdan kömək istəyən Məhbubə Cəbiyevanın yaşadığı ev başına uçur
Zərdab rayonunun Dəliquşçü kəndində bir ailənin əsl yaşam dramı yaşanır. Kəndin sakini Məhbubə Cəbiyeva 1956-cı il təvəllüdlüdür. Ailədə üç nəfərdirlər. Yaşayış səviyyələrini bilmək üçün fotolara diqqət yetirmək kifayət edir. Çünki 21-ci əsr Azərbaycanında vətəndaşın belə şəraitdə yaşaması ağlasığmaz olmaqla yanaşı, həm də yolverilməzdir.
JAM.AZ-a müraciət edən Məhbubə Cəbiyeva bildirir ki, oğlu Ülvi Qüdrətli aprel müharibəsi başlayan kimi, ilk olaraq Zərdab rayon Hərbi Komissarlığına müraciət edib və könüllü olaraq cəbhəyə döyüşmək üçün yazılıb. Uçuq-sökük evdə yaşayan ana yazır ki, «Biz ailədə üç nəfər olmaqla cəbhəyə getmək üçün hər an Ali Baş Komandanın əmrini göləyirik. Vətən üçün şəhid olmağımızla fəxr edərdik. Amma biz istəmərik ki, belə bir evdən şəhid çıxarılmağımızı ermənilər görüb sevinsinlər. Çünki belə mənzil şəraiti olmur. Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirik ki, uçuq-sökük, insan yaşaması üçün ümumiyyətlə, əlverişli olmayan evimizi təhlükəsiz hala salınmasında bizə köməklik gösərin».
Məhbubə Cəbiyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya da müraciət edib. Zərdab sakini ondan da xahiş edib ki, ona yardım edilməsinə göstəriş versin.
389 dəfə oxundu